Ana səhifə 25.04.2017 - ci il
   
Elanlar
29.11.2013
Doktorant və dissertantların nəzərinə!

Müsabiqədə iştirak etmək istəyənlər, mövcud əsasnamə üzrə sənədləri 01.12.2013-cü il tarixindən 30.12.2013-cü ilə qədər aşağıdakı ünvana göndərə bilərlər.
1007. Bakı şəhəri. Bakıxanov küçəsi 23.

daha ətraflı...
29.11.2013
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti kafedralar üzrə aşağıdaki yerləri tutmaq üçün müsabiqə elan edir:

Kafedraların baş müəllimləri:
- Tibbi fizika və informatika kafedrası - 1 yer
- Ümumi gigiyena və ekologiya - 1 yer (0,5 vahid)
Azərbaycan dili kafedrası - 1 yer (0,5 vahid)

daha ətraflı...
Arxiv
Elanlar
29.11.2013
Doktorant və dissertantların nəzərinə!

Müsabiqədə iştirak etmək istəyənlər, mövcud əsasnamə üzrə sənədləri 01.12.2013-cü il tarixindən 30.12.2013-cü ilə qədər aşağıdakı ünvana göndərə bilərlər.
1007. Bakı şəhəri. Bakıxanov küçəsi 23.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti
2013-cü tədris ili üçün istehsalatdan ayrılmaqla fəlsəfə doktoru, elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertantura yolu ilə elmi kadrların hazırlanması üzrə
Qəbul elan edir:

1. Fəlsəfə doktoru hazırlığı üzrə:
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya istehsalatdan ayrılmaqla elmi tədqiqat işlərinə marağı olan tam ali təhsilli Azərbaycan Respublikası vətəndaşları qəbul edilirlər.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ali təhsili olan, ali təhsil pilləsinin magistratura və ya rezidentura səviyyəsini, yaxud tibbi təhsildə həkim və həkim mütəxəsis səviyyəsini bitirən, seçdikləri ixtisasın profili üzrə internaturasız 2 il iş stajı olan Azərbaycan Respublikası vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qabul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Rektorun adına ərizə
- Kadırların şəxsi qeydiyyat vərəqəsi
- Tərcümeyi hal
- 2 ədəd fotoşəkil
- İş yerindən xasiyyətnamə
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı, onların surəti və ya seçilmiş ixtisas üzrə refarat.
(xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil sənədlərin tanınması haqqında şəhadətnamə)
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- İnternaturanı bitirmək haqqında şəhadətnamənin surəti (təsdiq olunmuş)
- Ordinaturanı bitirmək haqqında vəsiqənin surəti (təsdiq olunmuş)
- İmtahan məqbul kitabçasınan çıxarış
- Tibbi arayış (286 nömrəli forma)
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya daxil olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla) və fəlsəfədən ali təhsil pilləsi üçün qüvvdə olan tədris proqramları həcmində qəbul imtahanı verirlər.
Qəbul imtahanlarına buraxılanlara imtahana hazırlaşmaq və imtahan vermək üçün iş yerində əmək haqqı saxlanılmaqla 30 gün əlavə məzuniyyət verilir.

2. Elmlər doktoru hazırlığı üzrə
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Rektorun adına ərizə
- Kadrların şəxsi qeydiyyat vərəqəsi
- Tərcümeyi - hal
- 2 ədəd fotoşəkil
- İş yerindən xasiyyətnamə
- Əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı
- "Fəlsəfə doktoru" və ya "Elmlər namizədi" elmi (alimlik) dərəcəsi diplomunun təsdiq edilmiş surəti
- Ali təhsil müəsisəsini bitirmək haqqında diplomun təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- Şəxsiyyəti təsdiq edən sənədin surəti

 

 

İxtisaslar

İxtisas kodu

Fəlsəfə doktorluğu hazırlığı üzrə

Elmlər doktoru hazırlığı üzrə

1.  

Biokimya

2406.02

2

-

2.  

Epidemiologiya

3202.01

1

1

3.  

Daxili xəstəliklər

3205.01

2

-

4.  

Farmakologiya

3209.01

1

-

5.  

Cərrahlıq

3213.01

4

-

6.  

Mamalıq-ginekologiya

3215.01

1

-

7.  

Pediatriya

3220.01

4

-

8.  

Onkologiya

3224.01

2

-

9.  

Şüa diaqnostikası və şüa terapiyası

3225.01

1

-

10.   

Stomatologiya

3226.01

2

-

11.   

Travmatologiya və ortopediya

3227.01

1

-

12.   

Urologiya

3231.01

2

-

13.   

Patoloji anatomiya

3242.01

1

-

14.   

Patoloji fiziologiya

3243.01

1

-

15.   

Allerqologiya və immunologiya

3244.01

1

-

16.   

Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili

3400.01

2

-

17.   

Əczaçılıq kimyası, farmakoqnoziya

3400.02

2

-

 

3. Dissertantura yolu ilə elmi kadrların hazırlanması

Dissertant kimi həkim olmaq istəyən şəxslər elmi və elmi pedoqoji iş stajına malik olmalıdırlar.

İxtisaslar

Ixtisas kodu

Fəlsəfə doktoru hazırlığı üzrə

Elmlər doktoru hazırlığı üzrə

1

Biokimya

2406.02

1

-

2

Mikrobiologiya

2414.01

1

-

3

Epidemiologiya

3202.01

2

-

4

Daxili xəstəliklər

3205.01

2

-

5

Farmakologiya

3209.01

1

-

6

Cərrahlıq

3213.01

4

-

7

Mamalıq-ginekologiya

3215.01

2

1

8

Pediatriya

3220.01

3

-

9

Onkologiya

3224.01

1

-

10

Şüa diaqnostikası və şüa terapiyası

3225.01

1

-

11

Travmatologiya və ortopediya

3227.01

1

-

12

Anesteziologiya və reanimatologiya

3231.01

1

-

13

Urologiya

3234.01

1

-

14

Patoloji anatomiya

3242.01

1

-

15

Patoloji fiziologiya

3243.01

2

-

16

Allerqologiya və immunologiya

3244.01

1

-

Dissertantura yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Rektorun adına ərizə
- Kadrların şəxsi qeydiyyat vərəqəsi
- Tərcümeyi-hal
- 2 ədəd fotoşəkil
- Iş yerindən xasiyyətnamə
- əmək kitabçasından çıxarış
- çap olunmuş elmi işlərin siyahısı, onların surəti və ya seçilmiş ixtisas üzrə referat.
- Ali təhsil müəsisəsini bitirmək haqqında diplomun təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
 

Copyright © 2013 - 2014. Bütün hüquqlar qorunur. Tel:(+99412) 5415976, (+99412) 5415977, E-mail: info@amuoncoclinic.com