ŞÖBƏLƏR / I -ci şöbə / Torokabdominal bölmə

Şöbə rəhbəri t.e.d., Professor Bayramov R. B.

Şöbədə çalışan digər mütəxəssislər:

- dosent Namazov F.

- t.ü.f.d. Qocamanov Y.

- Yusifov İ. Ə.

- t.ü.f.d. Abdullayeva R. T.

- baş laborant Hüseynova S.

- rezidentlər


Şöbədə aşağıdakı cərrahi qruplar fəaliyyət göstərir:

Həzm sistemi qrupu(qida borusu, mədə, 12 barmaq bağırsaq, mədəaltı vəzi, qaraciyər, öd kisəsi, çənbər və düz bağırsaq və s.)Torakal qrup ( ağciyər, mediastenal şişlər)Uroloji qrup (sidik- ifrazat sistemi üzvləri)


Şöbənin mütəxəssislərı tərəfindən aşağıdakı əməliyyatlar aparılar:

Həzm sisteminin onkoloji xəstəliklərinə görə aparılan radikal cərrahi əməliyyatlar: Qida borusu xərçəngi zamanı aparılan Lewis əməliyyatı və Osawa-Gerlock əməliyyatı, mədə xərçəngi zamanı aparılan qastrektomiya, mədənin proksimal və distal subtotal rezeksiyaları, mədəaltı vəzi xərçəngi zamanı aparılan pankreoduodenal rezeksiya, distal pankreatoektomiya, qaraciyərin şişlərinə görə qaraciyər rezeksiyası, öd kisəsi, xoledoxun, onikibarmaq bağırsağın şişlərinə, fater məməciyinin şişlərinə görə, peritonarxası şişlərə görə, yoğun bağırsaq xərçəngi zamanı aparılan radikal əməliyyatlar; hemikoliektomiyalar, S-vari bağırsağın rezeksiyası, düz bağırsağın aşağı ön rezeksiyası, düz bağırsağın qarın-aralıq ekstirpasiyası və s.


Ağciyər xərçəngi zamanı icra olunan radikal əməliyyatlar:
 pnevmonektomiya, ağciyərin lobektomiyası və mediastenal şışlərə görə aparılan radikal əməliyyatlar.


Onkourologiyaya aid olan açıq və endoskopik əməliyyatlar: Böyrək şişləri zamanı radikal nefrektomiya, sidik kisəsi şişləri zamanı radikal sistektomiya, TUR əməliyyatları, prostat vəzinin şişləri zamanı açıq və TUR əməliyyatlar, xaya şişlərinə görə radikal orxiofunikulektomiya, cinsi alətin şişləri zamanı hissəvi və ya tam penektomiya əməliyyatları icra olunur.