Ana səhifə 25.04.2017 - ci il
   
Elanlar
29.11.2013
Doktorant və dissertantların nəzərinə!

Müsabiqədə iştirak etmək istəyənlər, mövcud əsasnamə üzrə sənədləri 01.12.2013-cü il tarixindən 30.12.2013-cü ilə qədər aşağıdakı ünvana göndərə bilərlər.
1007. Bakı şəhəri. Bakıxanov küçəsi 23.

daha ətraflı...
29.11.2013
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti kafedralar üzrə aşağıdaki yerləri tutmaq üçün müsabiqə elan edir:

Kafedraların baş müəllimləri:
- Tibbi fizika və informatika kafedrası - 1 yer
- Ümumi gigiyena və ekologiya - 1 yer (0,5 vahid)
Azərbaycan dili kafedrası - 1 yer (0,5 vahid)

daha ətraflı...
Arxiv
BAŞ HƏKİM

Qasımov Nəsimi Vəli oğlu – Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti,universitetin tədris şöbə müdiri,universitetin Onkoloji klinikasının baş həkimi.

1951-ci il iyul ayının 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olmuş,1968-ci ildə A.S .Puşkin adına Tovuz şəhər orta məktəbinin medalla bitirmişdir.1967-68-ci illərdə orta məktəb şagirdləri arasında ümumittifaq kimya olimpiadasının mükafatçısı olmuşdur.

Həmin il N Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakultəsinə daxil olmuş,1974-cü ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir.1984- cü ilin noyabr ayında N.N.Bloxin adına Rusiya Onkoloji mərkəzində “Xondrosarkomalı xəstələrin proqnozuna təsir edən faktorlar”adlı namizədlik dissertasiyası müdafiə etmiş,1989- cu ildə dosent elmi adına və 2000-ci ildə respublikanın “Əməkdar müəllimi”, 2010-cu ildə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.

1972-ci il Zakafkaziya komsomol məktəbinin müdavimi

1985-87-ci illər Marksizm –Leninizm universitetinin müdavimi

1987-88 –ci illər Bakı Ali partiya məktəbinin müdavimi.

1974-76-cı illər Onkologiya kafedrasının baş laborantı

1976-1988-ci illər Onkologiya kafedrasının asisstenti

1988-ci ildən kafedranın dosenti

1987-1992-ci illər universitet azad partiya təşkilatının katib müavini,katibi,Azərbaycam KP MK Nəsimi rayon partiya komitəsinin üzvü, Nəsini rayon icrayiyə komitəsinin deputatı.

1992-ci ildən Universitet tədris şöbəsinin müduri.

2007-ci ildən Universitetin Onkoloji klinikasının baş həkimidir.

100-dən artıq dərc olunmuş elmi işin ,o cümlədən bir dərsliyin ,bir monoqrafiyanın ,beş metodik vəsaitin,dörd səmərələşdirici təklifin müəllifidir.Elmi tədqiqat işləri süd vəzi ,sümük və yumşaq toxuma şişlərinə həsr olunmuşdur.

Onkoloji klinikanın süd vəzi şöbəsində müalicə-diaqnostik işlə məşğuldur.

1974-cü ildən Azərbaycan Onkoloqlar cəmiyyətinin,2008-ci ildən ESMO-nun üzvüdür.

1974-cü ildə Ümumittifaq Onkoloqlar cəmiyyətinin plenumununun (Bakı şəhəri),1976-ci ildə Ümumittifaq Gənc Onkoloqlar məktəbinin (Yalta şəhəri),1978-ci ildə Ümumittifaq Onkoloqlar cəmiyyətinin II-ci qurultayının (Daşkənt şəhəri),1994-cü ildə Asiya ölkələrinin orqanköçürmə tibb cəmiyyətinin IV qurultayının (İran,İsfahan şəhəri),2001-ci ildə Türkiyə Onkoloqlar cəmiyyətinin 14-cü qurultayının (Türkiyə,İstanbul şəhəri),2006-cı ildə MDB ölkələri onkoloqlarının 4-cü qurultayının(Azərbaycan ,Bakı şəhəri),15-ci ECCO-34 ESMO konqresinin (Almaniya,Berlin),ÜDST-nın xətti ilə “Tibb təhsili və Baloniya prosesi” adlı Sankt –Peterburq,Moskva,Kişinyov,Kopenhagen, Aşqabad, Malmo seminarlarının və s. iştirakcısıdır.

Copyright © 2013 - 2014. Bütün hüquqlar qorunur. Tel:(+99412) 5415976, (+99412) 5415977, E-mail: info@amuoncoclinic.com