Ana səhifə 25.04.2017 - ci il
   
Elanlar
29.11.2013
Doktorant və dissertantların nəzərinə!

Müsabiqədə iştirak etmək istəyənlər, mövcud əsasnamə üzrə sənədləri 01.12.2013-cü il tarixindən 30.12.2013-cü ilə qədər aşağıdakı ünvana göndərə bilərlər.
1007. Bakı şəhəri. Bakıxanov küçəsi 23.

daha ətraflı...
29.11.2013
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti kafedralar üzrə aşağıdaki yerləri tutmaq üçün müsabiqə elan edir:

Kafedraların baş müəllimləri:
- Tibbi fizika və informatika kafedrası - 1 yer
- Ümumi gigiyena və ekologiya - 1 yer (0,5 vahid)
Azərbaycan dili kafedrası - 1 yer (0,5 vahid)

daha ətraflı...
Arxiv
DİREKTOR

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN REKTORU, SSRİ DÖVLƏT MÜKAFATI LAUREATI, AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ VƏ RUSİYA TİBB ELMLƏRİ AKADEMİYASININ HƏQİQİ ÜZVÜ, ƏMƏKDAR ELM XADİMİ, TİBB ELMLƏRİ DOKTORU, AKADEMİK ƏMİRASLANOV ƏHLİMAN TAPDIQ OĞLU HAQQINDA

 

BİOQRAFİK MƏLUMAT


Əmiraslanov Əhliman Tapdıq oğlu 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə Mahalının Zod kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla, 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1971-1974-cü illərdə Bakı şəhəri klinik onkoloji xəstəxanasında həkim-onkoloq və şöbə müdiri vəzifələrində işləmiş, 1974-cü ilin oktyabr ayında Moskva şəhərində SSRİ TEA ÜOEM-də aspiranturaya daxil olmuş və burada 1992-ci ilə qədər 20 ilə yaxın bir dövrdə aspirantlıqdan professor və şöbə müdiri vəzifələrinə qədər şərəfli yol keçmişdir. 1977-ci ildə «Aşağı ətrafların bədxassəli şişlərinə görə operasiya edilmiş xəstələrin reabilitasiyası» mövzusunda vaxtından əvvəl namizədlik, 1984-cü ildə «Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Onun «Sümük sarkomaları» monoqrafiyası 1985-ci ildə SSRİ TEA-nın beş ildən bir tibb sahəsində ən görkəmli xidmətləri olanlara təqdim olunan məşhur N.N.Petrov adına mükafatına layiq görülmüşdür. 1986-cı ildə «Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi» mövzusunda keçmiş SSRİ-nin ən mötəbər mükafatlarından sayılan elm və texnika sahəsində SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Əməkdar elm xadimi, professordur. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin rektoru, 1993-cü ildən həm də onkologiya kafedrasının müdiridir. 400-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiya, 29 dərslik, dərs vəsaitləri və metodik ədəbiyyatın, 16 ixtira və səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə Onkoloqların keçmiş ittifaq respublikalarında və ABŞ, Fransa, Yaponiya, Almaniya, Türkiyə, Polşa, İsveç, İran, Sinqapur, Bolqarıstan, Macarıstan, Avstriya, Yunanıstan, Çexiya, İsrail, İtaliya, Pakistan, Kanada və digər ölkələrdə keçirilən qurultay, simpozium və konfranslarında elmi məruzələrlə çıxışlar etmişdir. 70-dən artıq elmi əsəri adları çəkilən xarici ölkələrdə dərc edilmişdir. Ümumdünya Onkoloqlar və Ortoped-Travmatoloqlar Assosiasiyasının, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının, Avropa Dayaq-Hərəkət Aparatı Onkologiya Cəmiyyətinin, Yunanıstan Onkoloqlar və Ortoped-Travmatoloqlar, Macarıstan, Çexiya Onkoloqlar Cəmiyyətlərinin üzvü, Amerika Klinik Onkologiya Cəmiyyətinin aktiv üzvü, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür və bir sıra nüfuzlu universitetlərin fəxri doktorudur. Ə.T. Əmiraslanov 1998-ci ilin avqust ayında Polşa Tibb Elmləri Akademiyasının Albert-Şvaytzer adına mükafatına və Böyük qızıl medalına layiq görülmüşdür. O, 2000-ci ilin iyun ayında müstəqil ölkəmizin ən yüksək təltiflərindən olan «Şöhrət» ordeninə layiq görülmüş, 2001-ci ilin fevral ayında Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının, həmin ilin iyun ayında isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və MEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibinin müavini, 2007-ci ildə isə akademik-katibi seçilmişdir. 2006-cı ildən YUNESKO-nun ekspertidir. 2007-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının N.N. Bloxin adına Qızıl Medalına layiq görülmüşdür. Dayaq-hərəkət aparatı şişləri üzrə dünya miqyasında yüksək ixtisaslı mütəxəssis kimi tanınır və Azərbaycanda dayaq-hərəkət aparatı onkologiyasının əsasını qoymuşdur. İri oynaqların rezeksiyası ilə aparılan endoprotezləşdirilməsi, rotasion plastika, qalça-qarınarası ayırma, yumşaq toxuma və süd vəzisi şişlərində aparılan cərrahi əməliyyatları yüksək professionallıqla yerinə yetirir. Rotasion plastika operasiyasını keçmiş SSRİ-də ilk dəfə məhz akademik Ə.T.Əmiraslanov yerinə yetirmişdir. Onun rəhbərliyi altında 42 doktorluq və namizədlik dissertasiyaları işi müdafiə etmişdir. Elmi-tədqiqatlarının əsasını sümük, yumşaq toxuma, süd vəzisi və bir sıra orqanların şişlərinin öyrənilməsi, eləcə də onların effektiv diaqnostika və müalicə metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiq edilməsi təşkil edir.

Akademik Ə.T. Əmiraslanov 20 ildik ki, Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışır. Məhz onun rektorluğu dövründə Azərbaycan Tibb Universitetində bir sıra mühüm islahatlar həyata keçirilmiş və yüksək ixtisaslı həkim kadırlarının hazırlığı işi xeyli təkmilləşdirilmiş, universitet Boloniya sisteminə qoşulmuş və tədrisin kredit sistemi tətbiq edilmişdir, universitetin onkoloji, stomatoloji, tədris-terapevtik və tədris-cərrahlıq klinikaları yaradılmışdır. Azərbaycan Tibb Universitetinin Beynəlxalq statusu xeyli artmışdır.

Akademik Ə.T. Əmiraslanov 2 dəfə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir və hazırda Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının sədridir.

e-mail: rector@amu.edu.az

Copyright © 2013 - 2014. Bütün hüquqlar qorunur. Tel:(+99412) 5415976, (+99412) 5415977, E-mail: info@amuoncoclinic.com