Ana səhifə 25.04.2017 - ci il
   
Elanlar
29.11.2013
Doktorant və dissertantların nəzərinə!

Müsabiqədə iştirak etmək istəyənlər, mövcud əsasnamə üzrə sənədləri 01.12.2013-cü il tarixindən 30.12.2013-cü ilə qədər aşağıdakı ünvana göndərə bilərlər.
1007. Bakı şəhəri. Bakıxanov küçəsi 23.

daha ətraflı...
29.11.2013
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti kafedralar üzrə aşağıdaki yerləri tutmaq üçün müsabiqə elan edir:

Kafedraların baş müəllimləri:
- Tibbi fizika və informatika kafedrası - 1 yer
- Ümumi gigiyena və ekologiya - 1 yer (0,5 vahid)
Azərbaycan dili kafedrası - 1 yer (0,5 vahid)

daha ətraflı...
Arxiv
Ümumi məlumat

Cərrahiyyə və anesteziologiya şöbəsi

Şöbə müdiri Firəngiz Cəlil qızı Allahverdiyeva

- Ş.Ə. Qasımov

- G.A. Nuriyeva

- V.B. Mirzəyev

- reidentlər

Şöbə 4 əməliyyat otağı, 8 çarpayılı əməliyyatdan sonra xəstələrə nəzarət otağı bölmələrdən ibarətdir.


Onkoloji klinikada aşağıdakı əməliyyatlar icra edilir:

Sümük şişlərinə görə: sümüyün kənari rezeksiyası, sümüyün ekskoxleasiyası və ortopedik sementlə (və ya kombinəedilmiş) plastika, diz, bazu və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsi, rotasion plastika, qarın-qalçaarası ayırma, döş-kürəkarası rezeksiya, ətrafların amputasiya və ekzartikulyasiyaları;

Yumşaq toxuma şişlərinə görə aparılan əməliyyatlar: xoşxassəli yumşaq toxuma şişlərinin çıxarılması və kəsilib götürülməsi, yumşaq toxuma sarkomasının geniş kəsilib götürülməsi, amputasiya və ekzartikulyasiyalar, limfonodulektomiya.

Dəri törəmələrinə görə aparılan əməliyyatlar: xoşxassəli dəri törəmələrinin cərrahiyyə yolu ilə xaric edilməsi, kriodestruksiya və elektrokoaqulyasiyası; bədxassəli dəri şişlərinin (bazalioma, dəri xərçəngi, melanoma, sarkoma) cərrahiyyəsi və rekonstruktiv plastik əməliyyatlar; bud-qasıq limfa düyünlərinin metastatik zədələnməsi zamanı Düken əməliyyatı, qoltuqaltı limfa düyünlərinə metastaz zamanı qoltuqaltı limfonodulektomiya.

Süd vəzinin şişləri zamanı icra olunan mastektomiyalar, süd vəzinin orqansaxlayıcı əməliyyatları, süd vəzisinin əməliyyatdan sonrakı plastikası, Uşaqlığın, artımların və xarici cinsiyyət üzvlərinin şişləri zamanı icra olunan uşaqlığın artımlarla birlikdə və artımlarsız amputasiyası, uşaqlığın artımlarla birlikdə ekstirpasiyası, uşaqlığın Vertheym üsulu ilə ekstirpasiyası, vulvoektomiya və Düken əməliyyatları icra olunur.

Həzm sisteminin onkoloji xəstəliklərinə görə aparılan radikal cərrahi əməliyyatlar: Qida borusu xərçəngi zamanı aparılan Lewis əməliyyatı və Osawa-Gerlock əməliyyatı, mədə xərçəngi zamanı aparılan qastrektomiya, mədənin proksimal və distal subtotal rezeksiyaları, mədəaltı vəzi xərçəngi zamanı aparılan pankreoduodenal rezeksiya, distal pankreatoektomiya, yoğun bağırsaq xərçəngi zamanı aparılan radikal əməliyyatlar (hemikoliektomiyalar, S-vari bağırsağın rezeksiyası, düz bağırsağın aşağı ön rezeksiyası, düz bağırsağın qarın-aralıq ekstirpasiyası və s.), qaraciyərin şişlərinə görə qaraciyər rezeksiyası, öd kisəsi, xoledoxun, onikibarmaq bağırsağın şişlərinə, peritonarxası şişlərə görə icra olunan bütün radikal cərrahi əməliyyatlar.

Ağciyər xərçəngi zamanı icra olunan radikal əməliyyatlar: pnevmonektomiya, ağciyərin lobektomiyası və s.

Müasir onkourologiyaya aid olan açıq və endoskopik (qapalı) əməliyyatlar. Açıq əməliyyatlar: böyrək şişləri zamanı radikal nefrektomiya, sidik kisəsi şişləri zamanı radikal sistektomiya sidik yollarının rekonstruksiyasıyla və qapalı (TUR) əməliyyatları, prostat vəzinin şişləri zamanı açıq və qapalı (TUR) əməliyyatlar, xaya şişlərinə görə radikal orxiofunikulektomiya, cinsi alətin çiçləri zamanı hissəvi və ya tam penektomiya əməliyyatları icra olunur.

Qırtlaq şişləri zamanı aparılan əməliyyatlar: larinqektomiya, qırtlağın rezeksiyası, xordektomiya, səs protezinin qoyulması. Ağız boşluğu şiləri zamanı dilin rezeksiyası, ağız boşluğu şişlərinin geniş kəsilib götürülməsi, kombinəedilmiş rezeksiyalar. Udlaq şiləri zamanı xoş və bəd xassəlirin (polip, fibroma, angiofibroma) cərrahiyyəsi. Boynun orqandankənar şilərinin lipomalar, fibromalar cərrahiyyəsi. Boyun limfa düyünləri metastazların cərrahiyyəsi (profilaktik, selektiv, funksional və radikal boyun disseksiyaları), qalxanvari vəzin şişləri zamanı hemitereoidektomiya, subtotal rezeksiya, trieoidektomiya, ağız suyu vəziləri şişləri zamanı (qulaqətrafı, çənəaltı, dilaltı və kiçik ağız suyu vəziləri ) cərrahiyyəsi (rezeksiya və parotidektomiya), alt və üst göz qapağı və orbitanın şişləri zamanı blefaroplastika, orta enakulyasiya, ekzartikulyasiya və s. cərrahi əməliyyatlar aparılır.

Copyright © 2013 - 2014. Bütün hüquqlar qorunur. Tel:(+99412) 5415976, (+99412) 5415977, E-mail: info@amuoncoclinic.com